Türkiyədə kömür daşıyan qatar qayanın dəmir yoluna düşməsi nəticəsində relsdən çıxıb.

“Unikal” xəbər verir ki, Zonguldak-Karabük arasında hərəkət edən yük qatarı dəmir yoluna düşən qaya parçaları səbəbindən relsdən çıxıb.

Qəzadan sonra Zonguldak ilə Karabük arasında qatar səfərləri ləğv edilib.  Bildirilib ki, dəmir yoluna düşən daşlar götürüldükdən sonra qatarların hərəkəti bərpa olunacaq.

Zərifə Nağıyeva