Ankaranın Yenimahalle səmtində zəncirvari yol qəzası baş verib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  yağış səbəbindən sürüşkən olan Konya yolunda baş verən qəzada 26 avtomobil toqquşub.

Qəza nəticəsində yüngül xəsarət alan 3 nəfər xəstəxanaya çatdırılıb. Hadisədən sonra yolda uzun tıxac yaranıb.