Əsir düşən ermənilərin hüquqlarının müdafiəsi istiqamətində geniş iş aparılır. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan açıqlayıb. 

"Xarici İşlər Nazirliyi və səfirliklər vasitəsilə beynəlxalq ictimaiyyətə həqiqətən nə baş verdiyini, hansı insanların həbsdə olduğunu, onların siyasi keçmişini (Bakıda həbsdə olan separatçı liderlər - red.) çatdırmaq üçün böyük diplomatik iş aparılır. Məhkumların qohumları ilə əlaqəsini təmin edən BQXK-ya da səfərlər olur. Ermənistan hökumətinin beynəlxalq-hüquqi məsələlərə cavabdeh olan nümayəndəsi məhbusların hüquqlarının müdafiəsi üçün beynəlxalq məhkəmə orqanlarında fəal işləyir", - deyə nazir bildirib.

Ağarza Elçinoğlu