Çin Böyük Britaniyaya casusluq edən şəxsi saxlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb. 

“Üçüncü ölkə vətəndaşı Çin tərəfindən Britaniyanın xarici kəşfiyyat xidməti MI6-ya casusluq ittihamı ilə saxlanılıb. Huan soyadlı saxlanılan şəxs xarici konsaltinq təşkilatının rəhbəri olarkən dövlət sirlərinə aid sənədləri Britaniya kəşfiyyatına təhvil verib”, - məlumatda deyilir.

Bildirilir ki, həmin şəxs İngiltərədə müvafiq təlim keçib, casus avadanlığı ilə təmin edilib və Mİ6-nın göstərişi ilə Çinə gəlib. 

Gülayə Mecid