Şiddətli qar fırtınası Kişinyov hakimiyyətini dövlət müəssisələrinin işini dayandırmağa və məktəblərin tətilini yanvarın 11-dək uzatmağa məcbur edib.

"Unikal" xəbər verir ki, bu barədə şəhər meri İvan Çeban məlumat yayıb. 

“Kişinyovda təhsil müəssisələrinin, məktəblərin və uşaq bağçalarının fəaliyyəti iki gün müddətinə dayandırılıb. Dövlət qurumlarının da fəaliyyəti dayandırılıb. İstisnalar qar və buzların təmizlənməsi ilə məşğul olan, səhiyyə sahələrində işləyən və çətin vəziyyətdə olan insanlara kömək edən müəssisələrdir”, - mer öz "Telegram" kanalında bildirib.

Meteoroloqların məlumatına görə, respublika qar siklonunun təsir zonasında olub. Bununla əlaqədar yanvarın 7-dən 10-dək Moldovada narıncı təhlükə kodu qüvvədədir.