İsveç hökuməti Ukraynaya 50 milyon kron (4,86 milyon dollar), Moldovaya və Gürcüstana isə 5 milyon kron (0,49 milyon dollar) məbləğində hərbi yardım göstərmək qərarına gəlib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

"Dəstək NATO-nun müxtəlif fondları vasitəsilə təmin edilir və minalardan təmizləmə, böhranların idarə edilməsi, kibertəhlükəsizlik və təhsil və digər sahələrə yönəldiləcək", - bəyanatda deyilir.

Ağarza Elçinoğlu