"Hizbullah" rəhbərliyi yanvarın 8-də İsraillə sərhəddən təxminən 10 km aralıda Raduan xüsusi təyinatlı qüvvələrinin əsas komandirlərindən biri Cauad Visam əl-Tavilin İDF-nin zərbəsi nəticəsində öldürüldüyünü bildirib.
"Unikal" xəbər verir ki, əl-Tavil başqa bir Hizbullah yaraqlısı ilə birlikdə avtomobildə gedirmiş. Onların hər ikisi hava zərbəsi nəticəsində məhv edilib.
Livan mənbələrinin məlumatına görə, əməliyyat zərbəsi əl-Tavilin getdiyi avtomobil Kherbet Selem kəndindən Məcdəl Selm kəndinə hərəkət edərkən baş verib.
Cauad Visam əl-Tavil Hizbullahın təhlükəsizlik qüvvələrinin ən nüfuzlu komandirlərindən biri idi. O, Suriyada döyüşüb.
***15:37
Livanda "Hizbullah"ın yüksək rütbəli komandiri İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Komandirin adı açıqlanmayıb.
Gülayə Mecid