İŞİD terror təşkilatı qərb kəşfiyyat orqanlarının övladıdır. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.

Kirmandakı terror aktına işarə edən Kənani terrorun bütün ölkələrə, beynəlxalq sülh və təhlükəsizliyə geniş təhdid olduğunu deyib: "Terrordan öz pis məqsədləri üçün istifadə edənlər bilməlidirlər ki, bu qrupların terror fəaliyyətlərinin məsuliyyəti də onların üzərinə düşür və onlar cavab verməlidirlər".

Diplomat qeyd edib ki, İran hökuməti və Xarici İşlər Nazirliyi terrorizmlə mübarizədə həmişə ikitərəfli və çoxtərəfli diplomatik danışıqlardan və beynəlxalq mexanizmlərdən istifadə edir: "Biz artıq Qərb ölkələrinə xatırlatmışıq ki, terrorun yaxşı və ya pisi yoxdur". 

Ağarza Elçinoğlu