Slovakiyada prezident seçkiləri 2024-cü il martın 23-də keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Slovakiya parlamentinin sədri Peter Pelleqrini açıqlama yayıb.  

"Slovakiyada prezident seçkilərinin birinci turu 2024-cü il martın 23-də baş tutacaq", - o,  deyib.

Onun sözlərinə görə, ikinci tur lazım gələrsə, 6 aprel 2024-cü ildə baş tutacaq.

Gülayə Mecid