Rusiyanın Sverdlovsk vilayətində dəmiryolu relsləri partladılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Məlumata görə, Nijni Tagildə dəmir yolunda partlayıcı qurğu işə düşüb. Eyni zamanda, hadisə yerindən bir qədər aralıda daha bir partlayıcı qurğu tapılıb. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Ağarza Elçinoğlu