Novqorod vilayətində M-11 şossesində baş vermiş qəza nəticəsində yaralıların sayı 20 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

"Yenilənmiş məlumatlara əsasən, ümumilikdə 20 nəfər xəsarət alıb. Onlardan 4-ü, o cümlədən bir uşaq dünyasını dəyişib",  - deyə məlumatda qeyd olunur. 

*** 21:36

Rusiyanın Novqorod vilayətində 30-da çox avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada xəsarət alanların sayı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

***

18:22

Rusiya Federasiyasının Novqorod vilayətində birdən-birə 30 avtomobil toqquşub.
"Unikal"
xəbər verir ki, qəza nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskvaya nəqliyyatın kəsildiyini bildirib. 

Təcili yardım xidmətləri hadisə yerindədir. Qəzanın səbəbləri və şəraiti aydınlaşdırılır.

Qəzanın 30 kilometrlik tıxacın yaranmasına səbəb olduğu da qeyd edilir.