İranın Sistan və Bəlucistan əyalətinin Beheştabad Bəmpur şəhərində hərbi və təhlükəsizlik qüvvələri bir evi mühasirəyə alıblar. Nəticədə ev sahibləri ilə repressiv qüvvələr arasında qarşıdurma yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunub ki, qarşıdurma zamanı iki yerli sakin və bir hərbçi olmaqla ən azı üç nəfər həyatını itirib, daha doqquz nəfər isə yaralanıb. Onların arasında 18 və 78 yaşlı iki qadın, o cümlədən üç hərbçi də var.