İsrail Müdafiə Qüvvələri (İMQ) Livanda daha əvvəl ölkənin şimalına atılan tank əleyhinə raketin buraxıldığı yerə düşdüyünü bildirib.

"Unikal" xəbər verir ki,ordudan verilən məlumata görə, bazar ertəsi Livandan ölkənin şimalındakı Xar Dov bölgəsinə tank əleyhinə raket atılıb.

Qeyd olunur ki, İMQ cavab olaraq buraxılış mənbəyinə, eləcə də Livandakı digər ərazilərə zərbələr endirib.

"Raketin atılması nəticəsində bir İMQ əsgəri yüngül yaralanıb. O, xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.

İMQ həmçinin bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı bu yaxınlarda Livanda zərbələr endirib və bu zaman Livan Hizbullah hərəkatının hərbi strukturunun obyekti vurulub.