Nigeriya prezidenti Bola Əhməd Tinubu humanitar məsələlər və yoxsulluğun aradan qaldırılması üzrə nazir Betta Edu korrupsiya ittihamlarına görə vəzifəsindən uzaqlaşdırıb.

"Unikal" xəbər verir ki, Tinubunun xüsusi müşaviri Ajuri Ngelale, etdiyi yazılı şərhdə, Prezidentin idarəsindəki şəffaflıq əzminə uyğun olaraq, Humanitar İşlər və Yoxsulluğun Azaldılması Naziri Edunun vəzifəsini dayandırdığını söyləyib.

2023-cü ilin avqustunda Nigeriyada vəzifəyə başlayan Edunun ölkənin 4 əyalətindəki həssas qruplara paylanması lazım olan 585 milyon nairanın (təxminən 661 min dollar) şəxsi hesaba köçürülməsinə göstəriş verdiyi iddia edilir .

Edu ittihamları rədd edib və dövlət vəsaitini mənimsəmədiyini bildirib.