Türkiyənin şərqində, Malatya vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi məlumat yayıb.

İdarənin yaydığı məlumatda qeyd edildiyi kimi, yeraltı təkanlar yerli vaxtla saat 16:19-da qeydə alınıb.

Zəlzələnin episentri Puiturge bölgəsində, ocağı isə 9,6 km dərinlikdə yerləşib.