Türkiyənin səhiyyə naziri Fahrettin Koca Türkiyədə həyata keçirilən MOSSAD əməliyyatı ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, "Həddini aşan məsuliyyətsiz insanlara cavab" başlığı ilə verilən açıqlamada nazir, "İddia edildiyi kimi, əməliyyat çərçivəsində olan şəxslər arasında xarici həkim yoxdur" deyib.

Son günlər Türkiyədə həyata keçirilən MOSSAD əməliyyatı ilə bağlı açıqlama verən səhiyyə naziri Fahrettin Koca X sosial media platformasında paylaşım edib.

Nazir Koca açıqlamasında bu fikirləri qeyd edib:

"Millət olaraq Mossad agentlərinə qarşı həyata keçirilən MİT əməliyyatından qürur duyduq. 15 xarici ölkə vətəndaşı həbs olundu, 12 nəfər məhkəmə nəzarəti və səyahət qadağası ilə sərbəst buraxıldı, 7 nəfər isə deportasiya edildi".“Kəşfiyyat Təşkilatımızın uğuru ilə fəxr etdiyimiz halda, hətta milli məsələdə belə fürsət gözləyən bəzi şəxslərin Səhiyyə Nazirliyimizi hədəfə alması yalanına cavab vermək məcburiyyətində qaldıq: “Kəşfiyyat təşkilatı daxilindəki şəxslər arasında əcnəbi həkim yoxdur. Olsaydı, iddiaçılar öz nəticələrini çıxarardılar. Həqiqət budur ki, onların istədikləri kimi olmamalıdır.

Həkim olduğu iddia edilən əcnəbi vətəndaş təmizlik işçisidir. Keçirilən əməliyyat nəticəsində o, məhkəmə orqanları tərəfindən məhkəmə nəzarəti altında və ölkəyə səfərinə qadağa qoyularaq sərbəst buraxılıb. O, Misir vətəndaşıdır və 2019-cu ildə Avropa İttifaqı ilə birgə həyata keçirilən Miqrant Sağlamlıq Mərkəzləri layihəsi çərçivəsində işə qəbul edilib. Onun işə qəbul olunmazdan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan təhlükəsizlik araşdırmasında heç bir neqativ hal aşkarlanmayıb. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2024-cü il yanvarın 31-dək iş icazəsi verilib. "Təmizlikçi heç vaxt heç bir sağlamlıq xidmətində iştirak etməyib."