İranın Şərqi Azərbaycan əyalətindən olan müğənni və ictimai fəal Ramin Marağalı Türkiyədən deportasiya edilmək təhlükəsi ilə üz-üzədir.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, güneyli müğənni ölkəsində türkçülüklə bağlı çıxışlarına görə təqib olunduğundan Türkiyəyə gedib.
Lakin Ramin Marağalı kimi tanınan Ramin Səidi Türkiyədə saxlanılıb.
Ramin Səidi İrana ekstradisiya ediləcəyi halda uzunmüddətli həbs və işgəncə riski ilə üzləşə bilər.