Görkəmli futbolçu, oyunçu və məşqçi kimi dünya və Avropa çempionu, ardıcıl üç dəfə Çempionlar Kubokunu qazanan, 20-ci əsrin ən yaxşı müdafiəçisi dünyasını dəyişdi.

"Unikal" xəbər verir ki, 1974-cü il Dünya Kuboku çempionu alman Frans Bekkenbauer 78 yaşında vəfat edib. Ailəsi əfsanəvi futbolçunun ölüm xəbərini verib.

İdmançının bazar günü dünyasını dəyişdiyi bildirilib. Digər təfərrüatlar barədə məlumat verilmir.

Əfsanəvi alman müdafiəçi 1974 və 1972-ci illərdə dünya və avrokubokların qalibi olub. O, 1974-1976-cı illərdə “Bavariya” ilə ardıcıl üç dəfə avrokubokların qalibi olub.