ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi barədə gec məlumat verildiyi üçün qalmaqaldan sonra vəzifəsini tərk etmək niyyətində deyil.

"Unikal" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“Nazir Ostinin vəzifəsindən istefa vermək planı yoxdur. O, diqqətini müdafiə naziri vəzifəsini davam etdirməyə və ölkəmizə xidmət etməyə cəmləyib”, - Rayder bildirib.

Daha əvvəl bildirilmişdi ki, ABŞ müdafiə nazirliyi Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı Ağ Evə məlumat vermədikdən sonra ABŞ prezidenti Co Bayden Pentaqonun rəhbəri Lloyd Ostinə etimadı saxlayır.

Qeyd edək ki, Pentaqon rəhbəri Lloyd Ostinin xəstəxanaya yerləşdirildiyi barədə ABŞ prezidenti Co Baydenə və Ağ Evin digər rəsmilərinə və ABŞ Konqresinin üzvlərinə məlumat verməməsi Ağ Evdəki bəzi məmurları “qəzəbləndirib”.