Ermənistan Latın Amerikası ölkəsi ilə iqtisadi, mədəni və təhsil sahəsində əlaqələri gücləndirmək qərarına gəlib.
"Unikal"
xəbər verir ki, Ermənistan Kosta-Rikada fəxri konsulluq açır.

Bu barədə ölkənin Meksikadakı səfirliyi məlumat yayıb.
Qərar ölkələr arasında iqtisadi, mədəni, akademik və turizm əlaqələrini gücləndirmək məqsədi ilə qəbul edilib.
Konsulun adı da məlumdur - Ermənistanın xarici işlər nazirinin qərarı ilə o, Klaudio Malof olub.
Səfirin bu Latın Amerikası ölkəsindəki iqamətgahı Meksikanın paytaxtında yerləşir.