Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında söhbət olub.

"Unikal" xəbər verir ki, Axios portalının adının açıqlanmasını istəməyən İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, Netanyahu söhbətdə BƏƏ liderindən İsrailə girişi qadağan olunmuş fələstinli işçilərə maaş verməsini tələb edib.

Buna israilli siyasətçi sarkazm dozası ilə qatılaşdırılmış qəti şəkildə rədd cavabı alıb.

BƏƏ prezidentinin cavabı “Zelenskidən pul istəyin ” olub.

O, həmçinin qeyd edib ki, Zelenski digər ölkələrdən İsrailin problemlərini maliyyələşdirmək üçün kifayət qədər pul alır. Portalın mənbəsi əlavə edib ki, bu imtina İsrailin günahı ucbatından baş vermiş fəlakətlərə görə pul ödəməyə hazırlaşmayan ərəb ölkələrinin mövqeyini əks etdirir.