Yaponiyanın paytaxtı Tokioda ən böyük dəniz məhsulları bazarında rekord qiymətə balıq satılıb.  

"Unikal" xəbər verir ki, Aomori sahillərində tutulan 227 kilo ağırlığında nəhəng mavi üzgəcli tuna hərracda 800 min dollara satılıb.

Nəhəng ton balığı dəniz məhsulları topdansatışı Yamayuki və suşi şəbəkəsi Onodera Group tərəfindən alınıb.