2011-ci ildə narkotik ticarəti, mütəşəkkil cinayətkarlıq və qətl kimi cinayətlərə görə Ekvadorda 34 il həbs cəzasına məhkum edilmiş "Los Choneros" dəstəsinin lideri, “Fito” ləqəbli Xose Adolfo Macias Villamar Quayaquil həbsxanasından yoxa çıxıb.

"Unikal" xəbər verir ki, həbsxanadan qaçdığı güman edilən Villamarın tapılması üçün təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyata başlayıb. 

Ekvador prezidentinin sözçüsü Roberto İzurietanın mətbuata verdiyi açıqlamada əməliyyatda 3 mindən çox adamın iştirak etdiyini bildirib.

Villamarın rəhbərlik etdiyi "Los Choneros" dəstəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi və ölkədəki əsas həbsxanalara nəzarət etməklə tanınır.

Gülayə Mecid