Rusiyanın məşhur MMA döyüşçüsü Aleksandr Emelianenko İslam dinini qəbul edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı rusiyalı artıq Mədinədə olub.

Bildirilib ki, Aleksandr həmçinin alkoqol asılılığından da azad olub. 

Alexander Emelianenko keçmiş ProFC Dünya Çempionudur. O, dəfələrlə Rusiya, Avropa və dünya çempionu olub. Rusiyalı idmançı peşəkar MMA-da 40 döyüş keçirib, 29-da qalib gəlib (20-si nokautla), 10 dəfə uduzub və bir döyüşü heç-heçə başa vurub.

Ağarza Elçinoğlu