Yaponiyanın Niiqata prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, zəlzələdən sonra sunami təhlükəsi elan olunmayıb. 

Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində yerləşib.

Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Bəzi rayonlarda sürət qatarlarının hərəkəti dayandırılıb.

Xatırladaq ki, yanvarın 1-də Yaponiyada baş vermiş güclü zəlzələlərin qurbanlarının 280-nə çatııb. 

Ağarza Elçinoğlu