34 yaşlı Qabriel Attal Fransanın baş naziri təyin edilib. 

"Unikal" xəbər verir ki, bu barədə müvafiq fərmanı Fransa prezidenti Emmanuel Makron imzalayıb.

O, Fransa tarixində ən gənc baş nazirdir.

Attal buna qədər təhsil naziri vəzifəsini tutub. O, Makronun ən yaxın tərəfdarlarından biridir və bir çox ekspertlərin fikrincə, Makron onu potensial varisi hesab edir.

Xatırladaq ki, keçmiş baş nazir Elizabet Born bazar ertəsi istefa verib. 

Ağarza Elçinoğlu