Rusiya prezidenti Vladimir Putinin seçki proqramı vaxtında dərc olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsü seçki proqramının tezliklə hazır olub-olmayacağı və bunun vahid sənəd olub-olmayacağı sualına belə cavab verib: "O, qanunla müəyyən edilmiş müddət ərzində dərc edilməlidir. Bu, Putinin seçki qərargahının mövzusudur".

Rusiyada prezident seçkiləri 2024-cü il martın 15-17-də keçiriləcək. 

Ağarza Elçinoğlu