Naməlum şəxslər Tbilisi Müqəddəs Üçlüyün Kilsəsində - Samebada asılmış "Moskvanın Müqəddəs Matronası" ikonasına boya töküblər. 

"Unikal" xəbər verir ki, rənglənmiş ikonanın görüntüləri ictimai fəal Nata Peradze tərəfindən "Facebook"da yayımlanıb.

Bir neçə gündür ki, Gürcüstan ictimaiyyətində Matronanın bu ikonası ilə bağlı mübahisələr səngimir. Milad ərəfəsində Gürcüstan parlamentinin keçmiş deputatı Georgi Kandelaki Samebadan sözügedən ikonanın təsviri ilə video yayımlayıb, onun fraqmentlərindən birində İosif Stalin və "Moskvanın Müəqddəs Matronası"nı görmək olar.

Ölkənin bəzi sakinləri hesab edir ki, Stalinin təsviri olan ikona məbəddə olmamalıdır. Patriarxlıq, öz növbəsində, ikonanın "xalqların liderinə" deyil, "Moskvanın Müqəddəs Matronası"na həsr olunduğunu iddia edir.

Nuranə Abbasova