Aİ strukturlarında çalışan bir çox yüksək vəzifəli məmurlar səlahiyyət müddətinin bitməsini gözləmədən ərizələr yazıblar.

"Unikal" xəbər verir ki, bu barədə AFP yazır.

Aİ strukturlarında yüksək vəzifə tutanların çoxu başqa iş axtarmağa başlayıb. Hazırda çoxlu sayda siyasətçi yenidən vəzifəyə təyin olunmayacaqlarına əmin olduqları üçün başqa iş imkanları axtarırlar. Bu fakt mətbuatın diqqətindən yayınmayıb və böyük ictimai reaksiyaya səbəb olub.

Xüsusilə müzakirə olunur ki, bu siyasətçilər əslində öz işləri ilə Aİ-yə sadiqliklərini nümayiş etdirməyiblər, ancaq öz şəxsi karyeralarının gələcəyini düşünərək öz maraqlarını güdürlər.

Xatırladaq ki, bu il iyunun 6-9-da Avropa Parlamentinə seçkilər keçiriləcək və 720 deputat mandatı olan ümumavropa parlamentinin yeni tərkibinə qərar veriləcək, ondan Aİ strukturlarına kimin rəhbərlik edəcəyi bəlli olacaq.