Rotterdam şəhərinin meri Əhməd Abutaleb 15 ilə yaxındır ki, tutduğu mer vəzifəsini tərk etmək qərarına gəlib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, qərarını şəhər şurasına yazdığı məktubda açıqlayıb.

"Gözəl şəhərimizə 15 ilə yaxın xidmət etdikdən sonra düşünürəm ki, yeni bələdiyyə sədrinin gəlmək vaxtı çatıb", - deyə mer bildirib. 

Abutaleb 2009-cu ilin yanvarından Rotterdam şəhərinin meri vəzifəsini icra edib və 2015-2021-ci illərdə yenidən mer təyin edilib. Əvvəllər o, Niderlandın Sosial Məsələlər və Məşğulluq Nazirliyində dövlət katibi və Amsterdam Şəhər Şurasının Əmək Partiyasının üzvü olub.

2021-ci ildə London Mer Fondu Abutalebi dünyanın ən yaxşı meri seçilib. 

Nuranə Abbasova