Yanvarın 10-da İran İslam İnqilabı Keşikçiləri Korpusu "Böyük Peyğəmbər 18" adlı genişmiqyaslı təlimə başlayıb.

"Unikal" xəbər verir ki, təlimin ilk günü çərçivəsində Çah-Bahar liman şəhəri ərazisində hava hücumundan müdafiə sistemlərinin sınaqları planlaşdırılıb.

İranlı bloggerlər bir və ya bir neçə kəsici raketin hədəfdən yayınaraq yerdəki obyekti vurduğunun göründüyü foto və videolar dərc ediblr. İlkin məlumata görə, neft-kimya zavoduna ziyan dəyib.

Bu məsələ ilə bağlı SEPAH-dan heç bir rəsmi şərh verilməyib.

Gülayə Mecid