Fələstinlilər prezident Mahmud Abbasla görüşmək üçün işğal altındakı İordan çayının qərb sahilinə səfər edən ABŞ dövlət katibi Antoni Blinkenə etiraz ediblər.
"Unikal" xarici KİV-ə istinadən bildirir ki, nümayişçilər Fələstin prezidenti Abbas və Blinkenin görüşməsi planlaşdırılan Prezidentlik binasına doğru yürüş etmək istəyiblər, lakin Fələstin təhlükəsizlik qüvvələri buna icazə verməyib.
Zərifə Nağıyeva