Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dünyada təhlükəsizlik anlayışları kəskin şəkildə dəyişdi.

"Unikal" bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının yaradılmasının 97-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya ölkələri artıq silahlanma yarışına çıxıb, təhlükəsizlik strukturlarına və institutlarına geniş səlahiyyətlər verib.

Eyni zamanda Ərdoğan əlavə edib ki, Türkiyə 2023-cü ildə 5,5 milyard dollar dəyərində müdafiə məhsulları ixracı müqaviləsi imzalayıb.