Moskvada ailə münaqişəsi iki kişinin hündürlükdən yıxılması ilə başa çatıb. Onlardan biri dünyasını dəyişib.

"Unikal" xarici mediaya istinadən məlumatına görə, hər şey yanvarın 8-i axşam General Karbışev bulvarındakı binanın mənzilində baş verib. 57 yaşlı kişi 32 yaşlı oğlu ilə mübahisə edib və nəticədə onlar arasında dava düşüb. Dava zamanı onlar eyvana çıxıblar, bir anda yıxılıblar.

İkinci mərtəbədən yıxılma nəticəsində yaşlı kişi dünyasını dəyişib, oğlu isə onurğa sütunu zədəsi ilə xəstəxanaya yerləşdirilib.