Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət qulluqçularını türk proqramlarından istifadə etməyə təşviq etməyə çağırıb.
"Unikal" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət qurumlarının xarici ani messencerlərdən istifadəsini tənqid edib və informasiya təhlükəsizliyi ilə bağlı zəiflikləri aradan qaldırmaq üçün türk messencerlərinə keçməyə çağırıb. O, bunu Milli Kəşfiyyat Təşkilatının yaradılmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Smartfonların yayılması ilə dövlət işçiləri tərəfindən xarici ani messencerlərdən istifadə artıb. Təəssüf ki, bu proqramlar vasitəsilə dövlət məmurlarından külli miqdarda məlumat, sənəd və qeydlər paylaşılır. Bu vəziyyət informasiya baxımından ciddi zəifliyə səbəb olur. Gördüyümüz kimi, son vaxtlar Avropa ölkələri dövlət qulluqçularının bu tətbiqlərdən istifadəsinə müəyyən səviyyədə müxtəlif məhdudiyyətlər qoyublar.Əminəm ki, dövlətimizin bununla bağlı fəaliyyətə keçməsinin vaxtı çatıb”.
Ərdoğanın sözlərinə görə, dövlət qulluqçularını türk tərtibatçıları tərəfindən yaradılmış proqramlardan istifadə etməyə təşviq etmək lazımdır.
Ərdoğan dövlət qurumlarını türk messencerlərinə keçməyə çağırıb

21:06 10-01-2024
DÜNYA
Digər Xəbərlər
2025-02-27 15:50:00

2025-02-27 15:42:57

2025-02-27 14:53:00

2025-02-27 14:36:22

2025-02-27 14:34:00

2025-02-27 14:13:00

2025-02-27 13:44:00

2025-02-27 13:43:03

2025-02-27 13:23:00

2025-02-27 12:48:00

2025-02-27 11:55:25

2025-02-27 11:40:00

2025-02-27 11:03:00

2025-02-27 10:50:00

2025-02-27 10:38:00

2025-02-27 10:13:00

2025-02-27 09:49:00

2025-02-27 09:32:00

2025-02-27 09:19:00

2025-02-27 09:05:00
.jpg)