İran və Azərbaycan arasındakı yeni sərhəd keçid məntəqəsindən keçən yük maşınlarının sayı artacaq.

"Unikal" xəbər verir ki, Gilan əyaləti üzrə gömrük idarələrinin nəzarətçisi Sadiq Bərzgər İran və Azərbaycanın gömrük rəsmiləri arasında Astara sərhədindən yük daşımalarının artırılması ilə bağlı razılaşma əldə edildiyini açıqlayaraq deyib: 
"Astara sərhədində yeni terminalın açılışından və müvəqqəti meydançanın yaradılmasından sonra ilkin razılaşmaya əsasən gündə maksimum 70-80 boş yük maşını qəbul etmişik.
Köhnə terminalda hərəkəti azaltmaq məqsədi ilə və razılaşma əsasında soyuduculu yük maşınlarımızın yeni terminaldan yola salınması da həyata keçirilib. Hər gün 40-50 soyuduculu yük maşını bu terminaldan hərəkət edir.
Azərbaycan tərəfi ilə razılaşmaya əsasən, bu rəqəm 100 yük maşınınadək artırılacaq".