Bu yaxınlarda itkin düşən "Sir-J" ləqəbli reper Sergey Bulavintsevin Moskva yaxınlığındakı evində bədəninin yanmış hissələri tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 50 yaşlı reperlə əlaqə ötən ilin dekabrın 30-da kəsilmişdi. Günorta saatlarında Rastorqevodakı bağına gələn reper həyat yoldaşına zəng edərək evdə yanğın olduğunu bildirib. Hadisə yerinə gələn yanğınsöndürənlər onun və ya başqa biri ilə bağlı izlər tapmamışdılar.