Urmu şəhərinin keçmiş bələdiyyə sədri Məhəmməd Həzrətpur 20 il həbsə məhkum edilib.

"Unikal" xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin prokuroru Naser Ətəbati Urmu bələdiyyəsində baş vermiş korrupsiya işi ilə bağlı hökm oxunduğunu açıqlayıb.

Prokuror deyib: "Urmu şəhərinin keçmiş bələdiyyə sədri Məhəmməd Həzrətpur 20 il həbs, dövlət qulluğundan birdəfəlik uzaqlaşdırılma, cərimə və əmlak müsadirəsi cəzasına məhkum edilib.

Urmunun keçmiş bələdiyyə sədrinin törətdiyi cinayətlər rüşvətxorluq, mənimsəmə, bələdiyyə mülkiyyətinə ziyan vurmaq və dövlət qanunlarının icrasına mane olmaq üçün  vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdir.