Moldovanın Rusiyadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı nota verilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Bildirilib ki, qeyri-dost hərəkətlər davam edərsə, Moskva əlavə cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Bundan əlavə, notada Moldovaya daxil olan ruslara qarşı ayrı-seçkilik hallarının sistem xarakterli olduğu, sərhədi keçməkdən əsassız imtina hallarının da tez-tez baş verdiyi bildirilir.

“Moldova Respublikasının rəhbərliyi anti-Rusiya xarakterli aqressiv bəyanatlar verməkdə davam edir”, - deyə Nazirlikdən bildirilib.

Nuranə Abbasova