Ekvadorda həbsxanadan qaçan "Los Çoneros" dəstəsinin lideri Adolfo Macias Villamarın tutulması üçün xüsusi qrup yaradılıb.
“Unikal” xarici KİV-ə istinadən bildirir ki, bu barədə Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəhbəri Jaime Vela mətbuat konfransında deyib.Onun sözlərinə görə, ölkə daxilində həyata keçirilən əməliyyatlarda 329 dəstə üzvü saxlanılıb, 5 dəstə üzvü isə öldürülüb.
Bununla yanaşı, qonşu Peru da Ekvadorda baş verən hadisələrlə əlaqədar 5 sərhəd bölgəsində fövqəladə vəziyyət elan edib.
Zərifə Nağıyeva