Ermənistanın Vardenis bölgəsindəki N saylı hərbi hissənin zabiti yol qəzasında ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Hərbçinin Qeqarkunik bölgəsinin Tsapatağ (əvvəlki Babacan - red.) kəndi yaxınlığındakı qəzada öldüyü deyilir. 

N.Qriqoryanın ölüm şəraiti aydınlaşdırılır. Onun meyiti avtomobildən təxminən 4 m aralıda tapılıb.

Qeyd edək ki, Ermənistan ordusunun 2 zabiti bundan bir gün əvvəl güllələnərək öldürülmüşdü.

Ağarza Elçinoğlu