Rusiyanın Kabardin-Balkar Respublikasındakı həbsxanada məhkumlar kameralarını yandırıblar. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar həbs rejiminin yumşaldılmasını tələb ediblər. 

"Məhbuslar etiraz əlaməti olaraq döşəkləri yandırıblar - onlar cəza kamerasına salınmasından narazı olublar. Yanğın nəticəsində xəsarət alan olmayıb. İğtişaş törədənlərin 22-32 yaş arası məhkumlar olduğu üzə çıxıb", - deyə məlumtda qeyd olunub. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu