Türkiyənin Aksaray şəhərində yaşlı cütlük dava zamanı bir-birini güldanla başından yaralayıb.

"Unikal" xəbər ki, hadisənin diqqət çəkən tərəfi isə Türkiyə mətbuatında gündəm olub.  

Belə ki, Aksarayda evdə dava edən Mövlud Ç(62) və Yeter Ç. (56) vaza ilə bir-birinin başına xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən cütlükdən Mövlud Ç. jurnalistlərə açıqlamasında "Bir-birimizi güldanla vurduq. Peşman olacaq bir şey yoxdur. 40 illik həyat yoldaşımla ilk davamızdır. İlk davada belə oldu", - deyib.  

Gülayə Mecid