Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu”na dair iclasda iştirak edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Novosti-Armenia" məlumat yayıb. 

Bildirilir ki, Təhlükəsizlik Şurasının rəhbəri İsveçrəyə işgüzar səfərə gedəcək və yanvarın 14-də “sülh formulu”na dair iclasda iştirak edəcək. Səfərlə bağlı əlavə təfərrüatlar verilməyib.