Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.

"Unikal" xəbər verir ki, partlayış Kabilin Dəşti Bərçi bölgəsində, xəzərilərin kompakt yaşadığı ərazidə baş verib.

Partlayışın səbəbi bəlli deyil. İlkin məlumatlara görə, partlayış nəticəsində azı 5 nəfərin öldüyü, xeyli yaralının olduğu bildirilir.