Ukraynada müharibə başlayandan bəri 10200-dən çox dinc sakin həlak olub, 19300-dən çox insan yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin direktoru Edem Vosornunun hesabatında deyilir.

Qeyd olunur ki, təkcə 2023-cü ilin dekabr ayının sonundan indiyədək Rusiyanın zərbələri nəticəsində 125 nəfər ölüb, 550-dən çox insan yaralanıb. İki ilə yaxın müharibə zamanı həlak olanlar arasında 575 uşaq da var.