Ömründə yalnız bir dəfə ailə quran Türkiyənin tanınmış aktrisası Aydan Şener "360 dərəcə" proqramında ilk dəfə özəl həyatından danışıb.
"Unikal" xəbər verir ki, "Çalıquşu" filmi ilə Azərbaycanda da məşhur olan 60 yaşlı aktrisa Ayhan Akbidindən boşanmasının səbəblərini açıqlayıb.
O, keçmiş ərindən qısqanc və zərərli vərdişlərə bağlı olduğu üçün ayrıldığını deyib:
""Çalıkuşu" çəkilən zaman evli idim. Yola gedə bilmədiyimiz üçün ayrıldım. Məşhur olmağa başlamışdım və Ayhan məni qısqanırdı. Çox gənc idi, bəzi vərdişlərindən qurtula bilmirdi. Qadın düşkünü deyildi, amma evə də bağlı deyildi. Dostları ilə vaxt keçirməyi daha çox sevirdi".
Aydan Şener daha sonra bir nəfərlə münasibət qurduğunu və onun tərəfindən aldadıldığını deyib:
"Bilmirəm ərim məni aldatdı, ya yox, amma sonrakı münasibətimdə xəyanət oldu. Xəyanətə məruz qalmayan qadın yoxdur".
Nuranə Abbasova