Dələduzluqda ittiham olunan Bitmama təxəllüsü ilə tanınan bloger Valeriya Fedyakina “Peçatniki” təcridxanasının xəstəxanasında uşaq dünyaya gətirib.

"Unikal" life.ru-ya istinadən xəbər verir ki, Fedyakina müştəriləri yeddi milyard rubldan çox (78 min dollardan çox) aldatmaqda şübhəli bilinir. O, sentyabrın 15-də hüquq-mühafizə orqanlarına onun Rusiyanı tərk edərək yaşamaq icazəsi olan Birləşmiş Ərəb Əmirliklərinə getməyi planlaşdırması barədə məlumat aldıqdan sonra saxlanılıb. Daha sonra yeni ittiham ortaya çıxıb. İndi Fedyakina Ukrayna ordusunu maliyyələşdirməkdə şübhəli bilinir.

Eyni zamanda, Fedyakinanın vəkili müvəkkilinə böhtan atıldığını iddia edir.O, şübhəlinin əksinə, xüsusi əməliyyatı dəstəklədiyini və Rusiya hərbçilərinin ehtiyacları üçün vəsait ayırmağa hazır olduğunu bildirib.