İranın keçmiş milli çempionu Tailandda qəza nəticəsində dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, İranın "Muay-Thai" döyüş növü üzrə millisinin keçmiş üzvü və "ONE Championship" təşkilatının ağır çəki dərəcəsində döyüşçüsü Fəryar Əminpur dünən gecə Tailandın Puket şəhərində motosiklet qəzasında həyatını itirib. 

Məlumata görə, o, Tailandda qatıldığı beş oyunda dörd qələbə qazanan “Camp Tiger” yarışında gücünü sınayan əcnəbi idmançılardan idi.