Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanmasını fevralın 11-dək uzadıb.

"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, bubarədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen açıqlama yayıb.

Bildirilir ki, belə bir qərar yanvarın 11-də Dövlət Şurasının ümumi iclasında qəbul ediləcək.
"Milli təhlükəsizlik Finlandiya üçün kritik problem olaraq qalır. Mövcud vəziyyət Finlandiyada yaşayan ruslara və iki ölkə pasportu olanlara mənfi təsir göstərir", - deyə nazir əlavə edib.